Qonşu Türkiyədə yoluxma hallarının artması ilə bağlı kütləvi tədbirlərlə əlaqədar qərarlara yenidən baxılıb.

 

Bizimaz.az bildirir ki,  Baku.tv-nin xəbərinə görə   sentyabrın 4-dən etibarən Türkiyədə toy mərasimləri ölkə üzrə qadağan edilir. Belə ki, Daxili İşlər Nazirliyi bu günə kimi 14 şəhərdə icazə verilməyən toy-nişan tədbirlərini indi ümumilikdə ölkə üzrə qadağan edən sənəd hazırlayıb. Sənəd 81 vilayəti əhatə edir.

Yeni qərara əsasən, 4 sentyabr tarixindən etibarən toy, nikah, nişan mərasimləri qadağan ediləcək.

Yalnız Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatına əsasən, nikah şəklində keçirilən məclislər bir saat davam edə bilər. Həmin məclislərdə kütləvi şəkildə yemək verilməsi, bəylə gəlinin birinci və ikinci dərəcəli yaxını olmayan 65 yaş və ondan yuxarı şəxslərin, 15 yaşdan aşağı uşaqların nikah mərasimlərinə gəlməsi də qadağandır.

 
BAKU.WS
VİDEO