Xəbər lenti

 
 

Gürcüstanda yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən 17 nəfərin xatirəsi anılır.

 

Hökumətin mətbuat xidmətindən verilən məlumata görə, 17 nəfərin öldüyü Şatili yolunda baş verən faciə ilə əlaqədar 25 avqust Gürcüstanda matəm günü elan edilib.

Ölkənin bütün inzibati binalarında dövlət bayrağı endiriləcək.

Müvafiq əmri bu gün Gürcüstanın Baş naziri Georgi Qaxaria imzalayıb.

Xatırladaq ki, dünən axşam Duşeti bələdiyyəsinin ərazisində Şatili kəndinə gedən yolda baş verən avtomobil qəzasında 17 nəfər ölüb.

80 metr yüksəklikdən uçuruma düşən mikroavtobusun üç sərnişini sağ qalıb. Həkimlərin dediyinə görə, zərərçəkənlərin vəziyyəti ağırdır.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov