Xəbər lenti

ABŞ-dan cəhənnəm görüntüsü - Minlərlə insan təhlükə altındadır - FOTO
 

ABŞ-ın Kaliforniya ştatında 2 həftə əvvəl başlayan meşə yanğınları səngimək bilmir.

 

Bizimaz.az BAKU.WS-ə istinadən  xəbər verir ki, yanğın çox sayda binaya və təsərrüfat obyektinə ziyan vurub. Kaliforniya ştatında fövqəladə vəziyyət elan edilib.

Kaliforniya Qubernatoru Qevin Nyusom açıqlamasında bildirib ki, yanğın Napa və Montereydəki bir çox binanı yararsız hala salıb.

Onun sözlərinə görə, 6 minə yaxın ev təhlükə altındadır.

Kaliforniya ərazisində başlayan yanğınlar qonşu Nevada əyalətinin dağlıq bölgələrinə də yayılıb.

Qrass Valley və Nevada Siti bölgəsində təxminən 15 min insanın evlərindən təxliyyə edilməsi əmri verilib.


QALEREYA
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov