Polis yorğunluqdan tunelə yıxılan şəxsi son anda ölümdən xilas edib.
“Baza” “Telegram” kanalının məlumatına görə, hadisə Rusiya paytaxtında Moskva Metropolitenində baş verib.
Asayiş keşikçisi hadisəyə ildırım sürəti ilə reaksiya verib: o maşinistə işarə verib və yıxılan gənci çıxarıb.
Gəncin sözlərinə görə, o, ağır iş rejimi ilə əlaqədar bir neçə gündür ki, yatmır.