ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ərəb Əmirlikləri və İsrailin sülh müqaviləsi imzaladıqlarını açıqlayıb.
Bizimaz.az bildirir ki, BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu və BƏƏ-nin vəliəhd şahzadəsi Məhəmməd bin Zeyd Əl Nahyan telefon görüşməsi edərək münasibətlərin tamamilə normallaşdırılması üçün razılıq əldə ediblər.
Növbəti həftə hər iki tərəfdən rəsmilərin görüşərək bir çox sahədə əməkdaşlıq müqavilələrinin imzalayacağı gözlənilir.
Tramp bildirib ki, ABŞ artıq Yaxın Şərqdən çıxır: “Artıq Yaxın Şərqdə olma məcburiyətində deyilik. Neftə ehtiyacımız yoxdur. O bölgədə yaxşı dostlardan başqa bir şeyə ehtiyacımız yoxdur”.