Xəbər lenti

Vyetnamın Səhiyyə Nazirliyi Rusiyada istehsal olunan koronavirus əleyhinə peyvəndi almaq üçün Moskvaya müraciət edib.

 

Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Vyetnamın dövlət televiziyasında məlumat verilib.

“Səhiyyə Nazirliyi Rusiyadan peyvəndin alınması ilə bağlı müraciət göndərib. Eyni zamanda Vyetnam öz COVİD-19 peyvəndini istehsal etmək yolunda səylərini davam etdirəcək”, – məlumatda bildirilib.

Qeyd edək ki, bir müddət öncə Rusiya dünyada ilk dəfə koronavirusa qarşı peyvəndin rəsmi qeydiyyata alındığını elan edib. "Sputnik V" adını alan vaksinin birinci partiyası iki həftə ərzində istehsal olunacaq.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov