Xəbər lenti

Şimali Koreya lideri Kim Çen İn Hvanxe-Namdo kəndinin bütün sakinlərinə buğda paylamağı tapşırıb.

 

Bizimaz.az Axar.az-a istinadən  xəbər verir ki, buna səbəb sözügedən kəndin daşqınlara məruz qalmasıdır.

Kim Çen İn dağılmış binaların bərpası üçün zəruri tikinti materiallarının tədarükü ilə bağlı da tapşırıq verib.

“Prioritet məsələ kəndin normal həyatını ən qısa müddətdə bərpa etməkdir. Bunun üçün yataq çantaları, gündəlik ehtiyacların, dərmanların və digər zəruri əşyaların sürətli çatdırılması təşkil edilsin. Bundan əlavə kömək məqsədilə kəndin bütün sakinlərinə buğda paylanılsın”, – Şimali Koreya lideri qeyd edib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov