Xəbər lenti

 

Koronavirus epidemiyası zamanı Kommunarkada 40 saylı xəstəxanaya baş çəkən Rusiya Prezidenti Vladimir Putini həkimlər və tibb işçiləri tanımayıb.

 

Bu barədə “Rossiyskaya qazeta”ya müsahibəsində klinikanın baş həkimi Denis Protsenko məlumat verib.

Dövlət başçısı klinikada sarı qoruyucu kostyumda hərəkət edib.

“Prezidenti ancaq reanimasiya şöbəsində və qəbul bölməsində görən həkimlər, tibb bacıları sarı qoruyucu kostyumda olan adamın kimliyini axşam televiziya xəbərlərindən öyrəniblər”, - deyə Protsenko etiraf edib.

Ziyarət mart ayında, Rusiyada COVID-19 epidemiyası yayılmağa başlayanda baş verib. Həmin vaxt prezident baş həkimlə danışmış, pasiyentləri ziyarət etmişdi.

Bir neçə ay sonra - iyun ayının sonunda - Putin “qırmızı zona”ya etdiyi səfərin mənasını açıqlamışdı:

“Hesabatlardan öyrənmək başqa, özün gəlib hər şeyə yerində baxmaq başqa. Mən prinsipcə nə baş verməsindən asılı olmayaraq, hər zaman bu cür hərəkət etmişəm”.

Onun sözlərinə görə, hamı bu qərara qarşı olub.

Bizimlə əlaqə saxlayın

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov