Rusiyanın Altay vilayətində dörd turistin meyiti tapılıb.
Bununla bağlı TASS vilayətin fövqəladə xidmət orqanlarına istinadla xəbər yayıb.
Bildirilib ki, Aya gölü yaxınlığında turistik məkanda cəsədi tapılanların üçü böyük, biri isə uşaqdır.
Belə ki, otaqlardan birində turistlərin uzun müddət çölə çıxmaması hotel işçilərinin diqqətini çəkib.
Onlar qapını açanda dörd nəfəri ölü vəziyyətdə tapıblar.
Hadisənin səbəbləri araşdırılır.
istinad