Xəbər lenti

Rusiya yeni silahlarını və əlavə döyüş kontingentini qərb sərhədlərinə yerləşdirəcək.

 

Bizimaz.az Axar.az-a istinadən  xəbər verir ki, bunu “İnterfaks”a açıqlamasında Rusiya Müdafiə Nazirliyinin inspektoru general-mayor Vladimir Boqatırev deyib.

O, bu addımın ABŞ-ın Polşa və Baltikyanı ölkələrdə əsgər yerləşdirməsinə cavab olduğunu bildirib.

Boqatırev Qərb Hərbi Dairəsi və Baltik donanmasının gücləndiriləcəyini deyib.

General-mayor Baltik donanmasının hipersionik silahlar, “Xəncər” aviasiya kompleksləri, “Peresvet” lazer döyüş kompleksləri və “Çirkon” raketləriylə təchiz ediləcəyini vurğulayıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov