Xəbər lenti

 

İtaliyanın Cilyo adasında indiyə qədər koronavirus aşkar edilməyib.

 

“Associated Press” xəbər verir ki, buna baxmayaraq, adanın yeganə həkimi Armando Skiafino koronavirusla bağlı narahatdır.

Adada indiyə qədər 800 sakindən heç birində virusun aşkar edilməməsi bəzi suallar doğurur: bəlkə yerli sakinlər virusa yoluxub və onlarda simptom müşahidə edilməyib? Yaxud da sirr ada əhalisinin genetik kodunda virusa qarşı müqavimətin olmasındadır? Bəlkə də, sadəcə onların bəxti gətirib.

A.Skiafino bildirib ki, hər dəfə uşaqlar arasında adi xəstəliklər olan qızılca və ya suçiçəyi müşahidə ediləndə bir neçə gün ərzində, demək olar ki, hamı həmin xəstəliyə yoluxur. Bu dəfə belə halın baş verməməsi təəccüb doğurur.

Koronavirusun dünyada ilk yayıldığı vaxtlarda adaya gələn üç əcnəbidə virus aşkar edilsə də, onların yerli sakinlərlə ünsiyyəti virusun yayılmasına səbəb olmayıb.

İyunda karantinin ləğvindən sonra İtaliyanın digər ərazilərindən bura turistlərin gəlməsinə baxmayaraq, yenə də yerli əhalidə koronavirus aşkarlanmayıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov