Xəbər lenti

 
 

İran hökuməti digər ölkəyə məxsus qırıcıların İranın sərnişin təyyarəsini ələ keçirmək cəhdi ilə əlaqədar BMT Baş katibinə və Təhlükəsizlik Şurasına müraciət etmək niyyətindədir.

 

“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə İranın BMT-dəki diplomatik nümayəndəliyi məlumat yayıb.

İnsidentlə əlaqədar İranın BMT-dəki xüsusi nümayəndəsi Məcid Taxt-Rəvançı ilə BMT-nin baş katibi Antonio Quterreş arasında müzakirə aparılıb.

Qeyd edək ki, ABŞ-a məxsus qırıcı təyyarələr Tehrandan Beyruta uçan, İranın “Mahan Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsinə yaxınlaşıb.

Təyyarənin pilotu qırıcı təyyarələrlə toqquşmadan qaçmaq istəyərkən bir neçə sərnişin xəsarət alıb.

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov