Rusiya XİN rəhbəri Sergey Lavrovun iranlı həmkarı Cavad Zəriflə dünən Moskvada baş tutan görüşündən yayılan şəkil maraqla qarşılanıb.
Bizimaz.az Unikal.org-a istinadən xəbər verir ki, fotonu İranın xarici işlər naziri “Twitter” hesabında paylaşıb.
Fotoya əsasən, hər iki ölkənin xarici qurum liderləri koronavirus pandemiyasının tüğyan etdiyi bir dönəmdə əl-ələ görüşməkdən ehtiyat edərək, dirsəklərini toxundurublar.
Qeyd edək ki, Rusiyanın paytaxtında baş tutan danışıqların gündəliyinə İranın “nüvə sazişi”, Suriyadakı və bütövlükdə bölgədəki vəziyyət daxil edilib. Eyni zamanda, Rusiya ilə İran arasında 20 il əvvəl bağlanmış ikitərəfli müqaviləyə yenidən baxılması məsələsi də müzakirə olunub.