Xəbər lenti



İxtiraçı və sahibkar İlon Mask ilk dəfə olaraq planetin ən varlı insanları siyahısında ilk beşliyə daxil olub.

 

Bizimaz.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə "Forbes" reytinqinin real vaxt rejimində yenilənən məlumatında deyilir.

Bildirilir ki, "SpaceX" şirkətinin banisinin sərvəti 74,2 milyard dolları ötüb və o, planetin ən varlı insanları siyahısında beşinci yerə yüksəlib.

 

 

Qeyd edək ki, siyahıda ilk pillədə "Amazon"un rəhbəri Ceff Bezos (189 milyard dollar), ikinci pillədə "Louis Vuitton Moet Hennessy" şirkətlər qrupunun prezidenti Bernar Arno ailəsi ilə birlikdə (113,8 milyard dollar), üçüncü pillədə "Microsoft" şirkətinin banisi Bill Qeyts (113,4 milyard dollar) və dördüncü pillədə "Facebook"un banisi Mark Zukerberq (90,3 milyard dollar) qərarlaşıblar.

Modern.az

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov