Koronavirus səbəbindən dünyanın bir çox ölkələri sərhədlərini bağlayıb.

 

Bizimaz.az “Haber Global”a istinadən xəbər verir ki, bundan ən çox təsirlənənlər arasında isə sevgililər və evlilər də var.

Danimarka və Hollandiya bu vəziyyətdən çıxış yolu kimi maraqlı addım atıb. Belə ki, Danimarkada və ya Hollandiyada sevgilisi olana 90 günlük viza veriləcək.

Bir şərt var ki, sevgililər münasibətlərinin ən az 6 aydır davam etdiyini sübut etməli olacaqlar.

Yüksək yoluxma göstəricilərinin olduğu ölkələrin vətəndaşları isə bu iki ölkəyə gedəndə 15 günlük karantində qalmalı olacaqlar.

BAKU.WS