Xəbər lenti

Ukrayna ancaq beynəlxalq hüququn tələblərinə, ölkələrin suverenliyi prinsiplərinə və ədalətə əsaslanaraq Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir, onun pozulmasını və işğalını qəti şəkildə pisləyir.

 

Bizimaz.az xəbər verir ki, bunu Report-a açıqlamasında Ukrayna Ali Radasının (parlament) Sədrinin I müavini Ruslan Stefançuk deyib.

Azərbaycanın Ermənistanla sərhəddə Tovuz rayonu istiqamətində erməni silahlları tərəfindən üzləşdiyi hərbi təxribatı pisləyən I vitse-spiker qeyd edib ki, ölkələrin suverenliyi və ərazi bütövlüyü müqəddəs amildir və toxunulmazdır:

“Azərbaycan illərdir suverenliyinin pozulması ilə bağlı problemdən əziyyət çəkir, ərazisi işğal altdadır. Hesab edirəm ən azı beynəlxalq hüquqa ehtiram xatirinə bu işğala son qoymaq lazımdır”.

R. Stefançuk bildirib ki, Ukrayna da eyni problemi yaşayır, illərdir suverenliyinə qarşı açıq təcavüzlə üz üzədir:

“Biz Azərbaycanın problemini buna görə çox gözəl hiss edirik”.

Ukraynanın Ermənistandakı səfirliyinin rəsmi Kiyevin Tovuz hadisəsi il bağlı mövqeyinə görə hücuma məruz qalmasına toxunan R.Stefançuk bunu diplomatik münasibətlərə hörmətsizlik adlandırıb, hadisə ilə bağlı daha detallı Xarici İşlər Nazirliyinə müraciət etməyi tövsiyə edib.

O həmçinin bildirib ki, Ukraynanın Azərbaycanla yüksək formada qarşılıqlı diplomatik münasibtləri var və bu, son vaxtlar daha da yüksək templə inkişaf edir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov