Xəbər lenti

 

Türkiyənin Sakarya şəhərinin Adabazarı qəsəbəsində güclü partlayış olub.

 

Bizimaz.az xəbər verir ki, hərbi avtomobilin partlaması nəticəsində 5 jandarm və 1 mülki şəxs yaralanıb. Bölgəyə təcili tibbi yardım və yanğınsöndürən briqadaları cəlb edilib.

Qeyd edək ki, iyulun 3-də Sakaryanın Xəndək qəsəbəsindəki fişəng fabrikində partlayış baş vermişdi. Hadisə zamanı 4 nəfər ölmüş, 108 nəfər yaralanmışdı.

***

Partlayış nəticəsində 2 jandarm şəhid olub, biri mülki vətəndaş olmaqla 6 nəfər yaralanıb.

***

Sakaryada baş verən partlayış nəticəsində ölənlərin sayı 3-ə yüksəlib.

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Türkiyə Daxili İşlər naziri Süleyman Soylu partlayışın baş veridiyi əraziyə yollanıb.

***

Daxili İşlər naziri Süleyman Soylu hadisə ilə bağlı açıqlama verib:

“Ötən həftədən etibarən təxminən 15 ton partlayıcı fərqli yerlərə daşınaraq zərərsizləşdirilir. Cəmi 1-1.5 ton partlayıcı qalmışdı, təəssüf ki, bu hadisə başımıza gəldi. Partlayıcıları bura zərərsizləşdirmək üçün gətirmişdilər. Partlayış boşaltma zamanı baş verib. Təəssüf ki, iki nəfər bomba zərərsizləşdirilməsi üzrə mütəxəssisimiz, bir nəfər də polis şəhid oldu.

Xəstəxanalarda 11 yaralı polis əməkdaşımız var”.

Nazir hadisə ilə bağlı araşdırmanın aparıldığını bildirib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov