Xəbər lenti

 

Xaricdə əmlak sahibi olanlar ciddi problemlə üzləşə bilər.

 

Bu barədə Newsru.com xəbər yayıb.

Koronavirus böhranı fonunda Avropa ölkələrində qəsbkarlar fəallaşıb - işsizlər, miqrantlar və sadəcə “ideya uğrunda mübarizə aparanlar” boş evləri, o cümlədən, xarici ölkə vətəndaşlarının əldə etdikləri əmlakı qəsdən mənimsəməyə başlayıblar.

Problem burasındadır ki, qanunsuz formada evləri zəbt edən insanları mülkdən yalnız məhkəmə yolu ilə çıxarmaq mümkündür. İspaniya vətəndaşı olmayan əcnəbilər üçün bu, çox uzun, mürəkkəb, əziyyətli və bahalı prosesdir.

Qəsbkarlıq və ya qəsbetmə başqasının əmlakını qanuni sahibi və ya kirayəçisi olmayan, habelə ondan istifadə üçün hər hansı hüququ olmayan şəxslərin özgə əmlakına icazəsiz daxil olması və yerləşməsidir.

İspaniyanın Aralıq dənizi sahillərində bir neçə daşınmaz əmlakın sahibi olan Natalya adlı Almeriya sakini bildirib ki, son aylarda qəsbkarlıq problemləri o qədər çoxalıb ki, Basklar ölkəsinin bir çox şəhərlərində yerli sakinlər güclərini birləşdirərək, boş evləri tutan qəsbkarları zorla oradan çıxarmalı olurlar.

Natalya qeyd edib ki, qəsbkarlar digər insanların evlərinə və mənzillərinə çox vaxt bütün ailələri ilə birlikdə köçürlər. Mənzil işğalçıları, adətən, Afrika ölkələrindən, MDB-dən, Şərqi Avropadan, ABŞ-dan, Braziliya və Mərakeşdən, hətta Litvadan gələnlər və qaraçılardır.

Onların arasında kasıb və işsiz olmayanlar da var. Qeyd olunur ki, əksər hallarda bu şəxslər orta təbəqədən olan, ipoteka kreditini qaytara bilməyən olduqca ləyaqətli insanlardır.

Çağırılmamış qonaqları tutduqları mülklərdən hətta polisin köməyilə çıxarmaq çox çətindir. Burada güc işləmir – belə vəziyyətdə ev sahibi polisə özü müraciət edə bilər. Yerli siyasətçilər artıq İspaniya hökumətindən özgə əmlakının işğalçılarına qarşı qanun qəbul edilməsini tələb ediblər.

21 Noyabr 2024 “Putin danışıqlara hazırdır”
18 Noyabr 2024 Meymunçiçəyi virusu yayılır: Azərbaycanda vəziyyət necədir?
17 Yanvar 2024 İran ABŞ və İsraili “Xeybərşekan”la hədələdi
06 Noyabr 2023 Ermənistanı tərk edən Qarabağ ermənilərinin sayı AÇIQLANDI
15 Oktyabr 2023 Əfqanıstanda 6,5 bal gücündə zəlzələ baş verib
13 Oktyabr 2023 "Müharibə yalnız bir şəkildə sona çata bilər" - Netanyahu
20 Sentyabr 2023 "İrəvan Bakının Qarabağla bağlı bəyanatını nəzərə alır" - Paşinyan
03 Sentyabr 2023 “Oyanıb görə bilərik ki, Rusiya artıq regionda deyil” - Paşinyan
06 Yanvar 2023 Zelenski Putinin atəşkəs təklifini rədd etdi
05 Yanvar 2023 kraynanın ağır zərbəsi Rusiyanı şoka saldı
27 Dekabr 2022 İran mollalarından QORXUNC QƏRAR - “Etirazçıların əl və ayaqları kəsilsin” - FOTO
26 Dekabr 2022 Rusiyanın hərbi aerodromuna hücum olub: Ölənlər var
23 Dekabr 2022 İran Zelenskini hədələdi
07 Dekabr 2022 ABŞ Rusiyanı G20-dən çıxarmaq istəyir
23 Noyabr 2022 Türkiyədə güclü zəlzələ, 2 ölü, 50 yaralı - Yenilənib
22 Noyabr 2022 Tokayev yenidən Prezident seçildi
18 Noyabr 2022 Putin Təhlükəsizlik Şurasının iclasını keçirir
16 Noyabr 2022 Moskva hava limanlarında artan terror aktı təhlükəsi rejimi tətbiq edildi
15 Noyabr 2022 Balidə Ərdoğan-Bayden görüşü başladı - Video - Yenilənir
14 Noyabr 2022 Zelenski Xersona getdi, Ukrayna bayrağı qaldırıldı - Yenilənib - Video
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov