Bu gün səhər saatlarında Türkiyənin Muğla şəhərində yenidən zəlzələ olub.
Bizimaz.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, bu dəfə yeraltı təkanlar 4,4 bal gücündə qeydə alınıb.
Qeyd edək ki, ötən gün də Muğla şəhərində 5,6 bal gücündə zəlzələ baş verib.