Xəbər lenti

 

 

İranın Ali Vilayətlər Şurasında Ərdəbilin nümayəndəsi bildirib ki, Ermənistanın sənaye zavodlarından axıdılan kimyəvi tullantıların bölgənin içməli suyuna qarışması səbəbindən burada yaşayan insanların əksəriyyəti xərçəng xəstəliyinə tutulub.

 

ILNA agentliyi xəbər verir ki, bunu Ali Vilayətlər Şurasında Ərdəbili təmsil edən Puya Mucərrəd deyib.

“Ermənistanın sənaye zavodlarının tullantı sularının yaratdığı xərçəng xəstəliyi Parsabad əhalisinin canına bəla olub və Ərdəbil vilayətində mədə-bağırsaq xərçəngi ilə bağlı statistikanın rekord həddə çatmasına gətirib çıxarıb”, - deyə o həyəcan təbili çalıb.

Qeyd olunub ki, Ermənistan tərəfi ötən ilin 19-21 noyabr tarixlərində Təbrizdə keçirilən Araz çayının təmizlənməsi və çirklənməsinin qarşısının alınması üzrə İran-Ermənistan Birgə İşçi Qrupunun iclasında buna görə məsuliyyəti qəbul edərək, 2021-ci ilədək kimyəvi tullantıların axıdılmasını tamamilə aradan qaldırmaq məqsədilə öz müəssisələrini təmir və bərpa edəcəyinə söz verib.

Eyni zamanda, Ermənistan rəsmiləri 2015-ci ildə Araz çayının təmizlənməsi üzrə dövlət proqramını 2017-ci ilə qədər başa çatdıracaqlarını vəd etmişdilər.

Xatırladaq ki, ətraf mühit fəalları dəfələrlə Ermənistanın “Metsamor” atom elektrik stansiyasının tullantılarının Araz çayına axıdılması ilə bağlı xəbərdarlıq ediblər.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov