Xəbər lenti

 

Bu gündən etibarən turistlər və Paris şəhərinin sakinləri Eyfel qülləsindən Fransa paytaxtını seyr etmək imkanı əldə ediblər.

 

AFP agentliyi xəbər verir ki, Parisin simvolu hesab olunan qüllə üç aylıq fasilədən sonra bəzi məhdudiyyətlər nəzərə alınmaqla, ziyarətçilərin üzünə açıq olacaq.

Belə ki, buraya ziyarətə gələnlər 1 iyul tarixinə qədər liftdən istifadə edə bilməyəcək, pilləkənlərdən istifadə edənlər isə sosial məsafəni qorumaq məcburiyyətində olacaqlar.

Turistlər Eyfel qülləsinin ən yuxarı hissəsini də buraxılmayacaq.

Qeyd edək ki, Fransa COVID-19 virusundan ən çox zərər görən Avropa dövlətləri sırasındadır.

Son rəqəmlərə əsasən, bu ölkədə 161 348 nəfərin koronavirusa yoluxduğu aşkar edilib. 29 731 xəstə pandemiyanın qurbanı olub.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov