Çində COVID-19 virusuna yoluxma hallarının sayı yenidən artıb.

 

BAKU.WS İHA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, pandemiyanın ikinci dalğasının episentri bu dəfə Pekin bazarı olub. Belə ki, bazarda yayılan infeksiya zamanı 106 yeni yoluxma qeydə alınıb.

Bundan əlavə dünən ölkənin materik hissəsində 40 nəfər virusa yoluxub.

Qeyd edək ki, bu günə kimi Çində 83 221 nəfər koronavirusa yoluxub ki, onların 4634 nəfəri həyatını itirib, 78 min 377 nəfər isə sağalıb.