Avropa Birliyinə üzv və digər ölkələrdən olan vətəndaşlar iyunun 15-dən etibarən Fransa ərazisinə daxil ola biləcəklər. 

 

 TASS xəbər verir ki, bu barədə Fransa hökuməti qərar qəbul edib. 

Ölkənin Xarici İşlər Nazirliyinin saytına məlumat yerləşdirilib ki, Aİ ölkələri, o cümlədən Andorra, İslandiya, Lixtenşteyn, Monako, Norveç, San Marino, İsveçrə və Vatikandan olan vətəndaşlar üçün məhdudiyyətlər aradan qaldırılıb. 

Adları çəkilən ölkələrin vətəndaşları COVID-19-a yoluxmadıqlarına dair sənəd təqdim etdikdən sonra, 14 günlük karantin tətbiq olunmadan Fransa ərazisinə daxil ola biləcəklər. 

istinad