Türkiyənin Antalya şəhərində yaşayan mühəndis-geofizik Atakan Yüklü Aralıq dənizində meydana gələn fırtınaların 7 bal gücündə zəlzələyə səbəb ola biləcəyini deyib.
“Cumhuriyet” qəzeti xəbər verir ki, geofizik zəlzələnin Krit adasında baş verəcəyini, bunun dənizdə sunami yaradacağını və Antalyanın Kumluca, Finike, Kaş və Alanya rayonlarında da hiss ediləcəyini bildirib.
A.Yüklü qeyd edib ki, Aralıq dənizində zəlzələnin olacağı barədə Leonardo Da Vinçinin mənbələrində də xatırladılır: 1489-cu ildə Rodos yaxınlığında meydana gələn güclü zəlzələ nəticəsində dənizdə çuxur meydana gəlib, üç saat ərzində həmin çuxur dolub və dəniz əvvəlki vəziyyətinə qayıdıb.
Alim bu səbəbdən müvafiq qurumları hazırlıqlı olmağa çağırıb.