Xəbər lenti

“Famotidin” preparatının qəbulu koronavirusa yoluxan xəstələrin müalicəsinə müsbət təsir edir.

 

 

Bizimaz.az “RİA Novosti” -ə istinadən xəbər verir ki, bununla bağlı “Gut” jurnalında alimlərin apardığı tədqiqatın yekunlarına dair məqalə dərc edilib.

 

Araşdırmada COVID-19-a yoluxmuş 10 xəstə iştirak edib. Onlar xəstəlik müddətində “Famotidin” qəbul ediblər.

 

Qeyd edək ki, “Famotidin” mədə qıcqırmasına qarşı istifadə olunan dərmandır.

 

Alimlər pasiyentlərin “Famotidin”in 80 milliqramlıq dozasını orta hesabla gündə üç dəfə, 11 gün ərzində qəbul etdiyini yazır.

 

On pasiyentin hamısı bildirib ki, “Famotidin”in qəbulundan sonra özlərini yaxşı hiss etməyə başlayıblar. Xəstələrin səhhətində yaxşılaşma əlamətləri ilk 24 saatda özünü büruzə verib.

Modern.az

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov