ABŞ-ın sabiq Müdafiə naziri Cim Mettis ABŞ Prezidenti Donald Trampı cəmiyyətdə bölücülük yaratmaqda ittiham edib.

 

Bizimaz.az “Haber Global”a istinadən xəbər verir ki, o, ABŞ ordusunun Amerika xalqına qarşı siyasi məqsədlərlə istifadə etməkdə ittiham edib:

“Ölkədəki böhran vəziyyətlərində siyasi cavabları hərbi yolla vermək əsgərlərlə cəmiyyət arasında qarşıdurmaya zəmin yaradır. Müdafiə naziri Mark Esperin “Təzyiq edərək dağıt” metodu nasistlərin İkinci Dünya Müharibəsindəki “Parçala və işğal et” üsuluna bənzəyir”.

Mettis Tampın son 3 ildə ölkəni bilərəkdən qarışdırdığını da deyib:

“O, vəzifə səlahiyyətlərindən şəxsi məqsədləri üçün istifadə edir. Konstitusiyamıza lağ edir. Buna görə də cavab verməlidir”.

Onun bu sözlərinə Tramp çox sərt cavab verib. Mettisə “quduz it” deyən Tramp onu vəzifədən çıxardığı üçün çox xoşbəxt olduğunu bildirib:

“Barak Obama ilə yeganə ortaq cəhətimiz Mettisi qovmaq şərəfinə sahib olmağımızdır. İstefa məktubunu mən istəmişdim. Onun ləqəbi “xaos” idi və bu, mənim xoşuma gəlmədiyinə görə bunu “quduz it” kimi dəyişdirmişdim. Ona yeni bir həyat, yeni iş, qazanacağı yeni savaşlar verdim, amma o, nadir hallarda uğurlu oldu. Yaxşı ki, getdi”.

BAKU.WS