Xəbər lenti

Türkiyə Liviyadakı hərbi fəaliyyətlərin gedişində Bayraqdar TB2 pilotsuz uçan aparatı ilə məhv etdiyi Rusiyanın Pantsir S1 zenit raket komplekslərinin sirrini açmağı bacarıb.

 

Bizimaz.az xəbər verir ki, bu iddia ilə Polşanın “Defence24” saytı çıxış edib.

“Liviya konflikti Türkiyə tərəfi, eləcə də Qərb dünyası üçün Rusiyanın ən yeni zenit raket kompleksləri ilə bağlı misilsiz informasiya mənbəyi ola bilər”, – deyə sayt bildirib.

Qeyd edək ki, bundan öncə Liviyada 4 gün ərzində 9 Rusiya istehsalı zenit raket kompleksinin məhv edildiyi açıqlanmışdı.

istinad

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov