Xəbər lenti


 

Türkiyədə iyunun 1-dən etibarən koronavirus pandemiyası səbəbi ilə tətbiq olunan bir sıra məhdudlaşdırıcı tədbirlər yumşaldılacaq, o cümlədən şəhərlərarası səfərlərə icazə veriləcək.
 
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
 
Onun sözlərinə görə, Türkiyə sakinləri yenidən çimərliklərə, qoruqlara və parklara baş çəkə biləcəklər, kafe, muzey, uşaq bağçaları da işə başlayacaq.
 
Bundan əlavə, iyunun 1-dən etibarən daha əvvəl məzuniyyətə göndərilən və ya “çevik” rejimdə işləyən dövlət məmurları da işə başlayacaqlar.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov