29 may tarixindən etibarən qonşu Türkiyədə məscidlərdə Cümə namazının qılınmasına rəsmən icazə veriləcək.

 

Bizimaz.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Artıq bununla bağlı paytaxt Ankara, İstanbul və İzmir şəhərlərində mayın 29-u Cümə namazı zamanı açıq olacaq məscidlərin siyahısı tərtib olunub.

Qeyd edək ki, dünya ölkələrində olduğu kimi Türkiyədə də koronavirus infeksiyasının yayılma riskinə görə məscidlərə giriş qadağan edilmişdi.

BAKU.WS