“Koronavirusa qarşı vaksinlə bağlı 100-dən çox iş görülür. 8 vaksin insanlar üzərində yoxlanılmağa başlayıb”.
Bizimaz.az APA-ya istinadən xəbər verir ki, bunu “REACT-C19” layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib:
“Ümidvarıq ki, bunlardan bir-ikisi bu ilin axırına qədər istifadə edilə biləcək hala gələcək. Azərbaycanda karantin rejimi yumşaldılır, amma o demək deyil ki, virus yoxdur. Hamı əl gigiyenasına, respirator gigiyenaya və fiziki məsafəyə əməl etməlidir ki, peyvəndə qədər özümüzü qoruyaq”.