Xəbər lenti

 

Sloveniya hökuməti ölkədə COVID-19 virusu ilə əlaqədar tətbiq edilən karantinin sona çatdığını elan edib.

 

“EADaily” xəbər verir ki, bu barədə Sloveniyanın Baş naziri Yanez Yanşa açıqlama verib.

“Sloveniya son iki ayda epidemiyanın inkişafını önlədi. Bu gün Avropada ən yaxşı epidemioloji vəziyyət Sloveniyadadır”, - deyə Baş nazir qeyd edib.

Qərara görə, Avropa İttifaqı ölkələrindən Sloveniyaya gələnlər karantinə alınmayacaq.

Lakin bu qayda diplomatlar və yük daşıyan insanlar istisna olmaqla, Avropa İttifaqına daxil olmayan ölkələrin vətəndaşlarına şamil edilmir.

Qeyd edək ki, bu günə qədər Sloveniyada 1 465 nəfərin koronavirusa yoluxduğu aşkar edilib, 103 xəstə virusun qurbanı olub.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov