Xəbər lenti

Maltanın Finlandiyadakı səfiri Zammit Tabona istefaya göndərilib.

 

Bizimaz.az  xəbər verir ki, buna səbəb səfirin Almaniya kansleri Angela Merkeli Adolf Hitlerlə müqayisə etməsi olub.

Malta Xarici İşlər naziri Evarist Bartolo səfirin istefasını təsdiqləyərək, tezliklə Almaniyadan rəsmi şəkildə üzr istəyəcəklərini bildirib.

Qeyd edək ki, Tabona 8 mayda öz Feysbuk səhifəsində Merkeli tənqid edən paylaşım etmişdi. O, Merkelin Hitlerin Avropaya nəzarət barədə arzusunu həyata keçirdiyini bildirmişdi:

“75 il əvvəl biz Hitleri dayandıra bildik. Angela Merkeli kim dayandıracaq?”

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov