"Türkiyədə yaşayan 11 azərbaycanlı koronavirusa yoluxub". 

 

Bizimaz.az xəbər verir ki, bunu "Report"a Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim deyib.

Onun sözlərinə görə, koronavirusa yoluxan həmvətənlərimizdən 6-sı sağalaraq xəstəxanadan evə buraxılıb: "Hazırda digər 5 nəfərin müalicəsi davam edir. Onların vəziyyəti sabitdir".

X.İbrahim səfirlik işçilərinin mütəmadi olaraq onlarla əlaqə saxladığını və bütün lazımi dəstəyi verdiyini deyib.