Xəbər lenti

 

Fransada Avropa İttifaqı və Böyük Britaniya vətəndaşlarının karantində qalmaq məcburiyyətində olmadıqlarını bildirib.

 

Bu barədə “Demirören Haber Ajansı” (DHA) Fransa Nazirlər Kabinetindən verilən açıqlamaya əsasən məlumat yayır.

Qeyd edilir ki, milliyyətindən asılı olmayaraq, Fransaya Avropa İttifaqı, Şengen müqaviləsi ərazisindən və ya Böyük Britaniyadan gələnlərə heç bir karantin tətbiq edilmir.

Eyni zamanda, Fransa mayın 11-dən etibarən karantin rejimi qaydalarını tədricən aradan qaldırmağa qərar verib. Sərbəst hərəkət məhdudiyyətinin mayın 11-dən aradan qaldırılması qərara alınsa da, uşaq bağçaları, ibtidai və orta məktəblər tədricən və istəyə görə açılacaq. Orta məktəblərdə gigiyena qaydalarına riayət etmək və maska taxmaq tələb olunmaqla bir sinifdə ən çox 15 şagirdin tədris almasına icazə veriləcək.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov