Xəbər lenti

 
 

Türkiyənin Səhiyyə Nazirliyi gizli koronavirus daşıyıcılarını tapmaq üçün fəaliyyətə başlayıb.

 

“HaberGlobal” məlumat verir ki, xroniki xəstələr və risk altında olanlar üçün səyyar test qrupları təyin ediləcək.

Xəstəxanalara virus şübhəsi ilə daxil olanların sayının azalmağa başladığı, hazırda yalnız müraciət edənlərin və cavabı müsbət çıxanların təmasda olduqları şəxslərin yoxlanıldığı bildirilir.

Yeni araşdırma ilə heç bir simptomları olmayan təxminən 30 faiz virus daşıyıcılarının aşkarlanması hədəflənir. Qurban Bayramına qədər ilk növbədə, sənaye komplekslərində, kiçik sənaye obyektlərində və müəssisələrdə, restoranlarda və kafelərdə işləyənlər, xroniki xəstəlikləri olanlar və risk qrupundakı insanların müraciət etmədən testdən keçirilə biləcəyi qeyd olunur.

İyun ayının əvvəlində başlaması planlaşdırılan daxili turizm mövsümü ilə əlaqədar bu sektorda çalışanlar da koronavirusla bağlı test ediləcək.

Həmçinin bildirilir ki, müəyyən bölgələrdə vətəndaşların xəstəxanalara gəlməsini gözləmədən, təsadüfi testlər də ediləcək.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov