Çin hakimiyyəti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirusun mənşəyinin araşdırılmasında iştirak etmək istəyini rədd edib.

 

Bizimaz.az xəbər verir ki, bu barədə "Sky News"a müsahibəsində ÜST-ün Çindəki nümayəndəsi Qoden Qalea bildirib.

Onun sözlərinə görə, Çin virusun mənşəyinin araşdırılması prosesini həyata keçirir, lakin bu mərhələdə ÜST-dən heç kim dəvət olunmayıb:

"ÜST Çinin Səhiyyə Nazirliyi və hökumətinə sorğu göndərməkdə davam edir. Virusun mənbəyini müəyyənləşdirmək çox vacibdir. Bunun təkrarlanmaması üçün mümkün qədər çox şey bilməliyik".

Qeyd edək ki, 2019-cu ilin sonunda Çinin Uhan şəhərində yeni növ koronavirus aşkar olunub. Martın əvvəlində ÜST virusu pandemiya elan edib. Ən son məlumatlara görə, dünyadakı COVID-19-a yoluxanların sayı 3,3 milyon nəfəri ötüb, 234 mindən çox insan isə ölüb.
istinad