Hindistanın tanınmış aktyoru Rişi Kapur vəfat edib.
Bizimaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Rişi Kapur 68 yaşında Mumbai şəhərindəki klinikalardan birində həyatla vidalaşıb.
Bollivudun ən yaraşıqlı aktyoru kimi tanınan Rişi Kapur xərçəng xəstəsi idi.
Bollivudun məşhur aktyorlarından olan R. Kapur görkəmli aktyor və rejissor Rac Kapurun oğludur.
R. Kapura uğuru baş rolda çəkildiyi “Bobbi” filmi (1973) qazandırıb. Bundan başqa onun çəkildiyi “Qisasçı”, “Ömər, Əkbər, Antoni”, “Məhəbbət xəstəliyi” və digər filmlər dünyada, xüsusən də keçmiş SSRİ məkanında çox sevilib.
istinad