Xəbər lenti

 

İspaniya iyunun sonuna qədər karantindən tam çıxaraq, normal həyata qayıda bilər.

 

“RİA Novosti” xəbər verir ki, bunu ölkənin Baş naziri Pedro Sançez deyib.

Onun sözlərinə görə, Nazirlər Şurası bununla bağlı dörd mərhələdən ibarət plan qəbul edib:

“Mərhələlər hər bir vilayətdə və adalarda epidemioloji vəziyyətdən və xəstəxanaların hazırlığından asılı olaraq müəyyənləşdiriləcək. Sıfır mərhələsində bəzi özəl müəssisələr təyinatla açılacaq. Yemək alış-verişi üçün restoranlar, xüsusi idman mərkəzləri işə davam edəcək.

Birinci mərhələdə ciddi təhlükəsizlik tədbirləri görülərək, kiçik mağazalar fəaliyyətə başlayacaq. İri mağazalar izdihamın qarşısını almaq üçün açılmayacaq. 65 yaşdan yuxarı insanlar üçün mağazalarda “imtiyazlı cədvəl” qurulacaq. Bundan əlavə, ictimai nəqliyyatda maska taxılması tövsiyə olunur.

İkinci mərhələdə restoranların daxilində xidmət bərpa ediləcək, açıq havada - 400-dən az adamla tədbirlər keçirmək mümkün olacaq.

Son mərhələdə hərəkətdə məhdudiyyətlər aradan qaldırılacaq. Bununla belə, restoranlarda ziyarətçilərin sayına qoyulan məhdudiyyətlər saxlanılacaq.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov