İngiltərənin Baş naziri Boris Conson ata olub.
Bizimaz.az BAKU.WS -ə istinadən xəbər verir ki, 56 yaşlı nazirin sevgilisi Kerri Saymonds oğlan övladı dünyaya gətirib.
Uşağın və ananın vəziyyətinin yaxşı olduğu bildirilib.
Qeyd edək ki, B.Conson ötən ay koronavirusa yoluxmuş, 2 həftəlik müalicədən sonra sağalmışdı. O, bu həftədən etibarən yenidən işə başlayıb.