Koronavirus pandemiyası dünya iqtisadiyyatını çökdürsə də 3 ölkənin milli valyutasının dəyəri yüksəlib.

 

Bizimaz.az  “Haber Global”a istinadən xəbər verir ki, bunlar Avstraliya, Yeni Zelandiya və Cənubi Koreyadır.

Koronavirusla mübarizədə qısa müddətdə uğurlu nəticə əldə edən bu ölkələr məhdudiyyətləri aradan qaldırıb və iqtisadiyyat yenidən dirçəlib. Bu səbəbdən investorlar üçün bu ölkələr daha cazibədar olub. Bundan başqa, bu 3 ölkənin əsas tərəfdaşı olan Çində də məhdudiyyətlərin nisbətən aradan qalxması ticarət əlaqələrinin yenidən başlamasına və nəticədə onların valyutasının güclənməsinə səbəb olub.