Koronavirusun başlanğıc nöqtəsi olan Çində həyat yenidən əvvəlki vəziyyətinə qayıdır.
Bizimaz.az “Haber Global”a istinadən xəbər verir ki, Şanxay şəhərində turizm mərkəzlərinin 83 faizi açılıb.
5200-ə yaxın hotel də yenidən istifadəyə verilib. Açılan hotellər isə maksimum yer sayının 30 faizi qədər müştəri qəbul edə bilər.
Təhlükəsizlik məqsədilə sosial məsafənin qorunması üçün küçələrdə polislər patrul xidmətlərinə davam edəcək.