Barəsində onlarla şayiə və iddia ortaya atılan Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın indi də ölüm xəbəri tirajlanmaqdadır.
Bizimaz.az BAKU.WS -ə istinadən xəbər verir ki, bunu təsdiq edəcək ciddi fakt olmasa da, KXDR liderinin ictimaiyyət qarşısına çıxmaması iddiaları artırıb.
Şimali Koreya lideri barəsində ən son yayılan iddia bundan ibarətdir ki, o, COVID-19 virusundan həyatını itirib.
Qeyd edək ki, sonuncu dəfə Kim Çen In aprelin əvvəli ictimaiyyətdə görünüb.