Xəbər lenti


 

Rusiya ABŞ-a nota verib. Moderator.az-ın məlumatına görə, notanı Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Dövlət Departmentinə təqdim edib.
Notada ABŞ-da həbsdə olan, 7 il azadlıqdan məhrum edilmiş Rusiya vətəndaşı Boqdana Osipovaya həbsxanada etinasız münasibət göstərildiyi vurğulanıb və onun Kovid-19 virusu ilə bağlı testdən keçirilmədiyindən narahatlıq ifadə edilib. Notada Rusiya tərəfi Osipovanın məhbəsdə koronavirusa yoluxmaması üçün lazımi və təxirəsalınmaz tədbirlər görməsini tələb edib.
Uzun müddət ABŞ-da yaşayan Boqdana Osipova 2014-cü ildə hamilə olarkən ərindən xəbərsiz Rusiyaya gəlib və burada ikinci qız övladını dünyaya gəlib. 2017-ci ilin sentyabrında yenidən ABŞ-a dönən iki qız anası Amerika qanunları ilə uşaq oğurluğunda ittiham edilərək 7 il müddətinə azadlıqdan məhrum olunub. Osipova iddiaçı tərəfə 18 min dollar məbləğində təzminat da ödəməlidir. Boqdana Osipova hazırda Konektikut ştatında yerləşən "Donberi" həbsxanasında cəza çəkir.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ-da həbs edilən rusiyalı pilot Konstantin Yaroşenko da bu həbsxanada saxlanır. Rusiyanın tələbindən sonra Yaroşenko da tibbi müayinədən keçirilmiş, onun simtompsuz koronavirus daşıyıcısı olması barədə şübhələr təsdiqini tapmamışdı.
 

 

 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov