El-Salvadorun paytaxtı San Salvadordakı həbsxanalardan birində məhkumların yarıçılpaq şəkildə sıraya düzülməsini əks etdirən fotolar yayımlanıb.
Bizimaz.az xəbər verir ki, dünyanın tanınmış xəbər agentliklərinə sızdırılan fotolar səs-küyə səbəb olub.
Bildirilir ki, ölkədə bir gündə 22 cinayət faktı qeydə alınıb.
Bundan sonra ölkə prezidenti Nayib Bukele həbsxanadakı cinayətkar qruplaşma tərəfindən ölüm əmrlərinin verilməsi barədə narahatlığını ifadə edib.
Bu səbəblə N.Bukele məhkumlara 24 saat hücrə cəzası verilməsi üçün əmr imzalayıb.
Fotoların da hücrə cəzasından əvvəl çəkildiyi vurğulanıb.
istinad