Yeni tip koronavirusun ortaya çıxdığı Çinin Uhan şəhərindəki laboratoriyalarda araşdırma başladılmalıdır.
Bizimaz.az xəbər verir ki, bunu respublikaçı senator Lindsi Qrehem ölkə mətbuatına açıqlamasında deyib.
O bildirib ki, Uhandakı yarasa, meymun və digər ekzotik heyvanların satıldığı bazarlar bağlanmalıdır:
“Çin indiki mövqeyinə davam edərsə, bu ölkəyə qarşı sanksiyalar tətbiq olunmalıdır. Avropa Birliyi Çinə qarşı zəif mövqe sərgiləyir və heç bir tədbir görmür. Ancaq ABŞ bu mövzuda müəyyən tədbirlər görə bilər. Uhandakı laboratoriyada araşdırma aparılmayana qədər Çinə qarşı bir sıra məhdudiyyətlər tətbiq edilməlidir. Çin ABŞ iqtisadiyyatına çox böyük ziyan vurub. Tarixdə dünyaya bu qədər ziyan vuran başqa bir ölkə yoxdur”.