Səudiyyə Ərəbistanı hüquq sistemində növbəti islahat aparılıb.
Bizimaz.az “Haber Global”a istinadən xəbər verir ki, bir neçə gün öncə şallaq cəzası ləğv edilən bu ölkədə indi də 18 yaşadək cinayətkarların edam edilməsi dayandırılıb.
Qərar Kral Salman bin Əbdüləziz tərəfindən verilib.
Qərara əsasən, 18 yaşadək cinayət törətmiş şəxslər 10 ildən çox olmamaq şərti ilə islah müəssisələrində saxlanılacaqlar.
BAKU.WS