Xəbər lenti

 
 
 

Məlum olduğu kimi, Ramazan ayı Türkiyədə xüsusi təmtəraqla qeyd olunur.

 

Xüsusən, ölkənin sosial həyatında, ticarət və turizm sahələrində canlanma yaşanır.

Türkiyədə Ramazan ayının özünəməxsus ənənələri var. Onlardan biri də oruc tutanları gecə saatlarında imsaka qalxmağa səsləyən davul çalınması ənənəsidir.

“HaberGlobal” xəbər verir ki, koronavirusla əlaqədar bələdiyyələr davul çalanlara xəbərdarlıq edib.

Belə ki, davul çalanlar COVID-19-la əlaqədar xüsusi qaydalara riayət etməlidirlər. Tibbi maska taxılmalı və mərasimi vaxtı sosial məsafəyə ciddi əməl olunmalıdır.  

Qeyd edək ki, Türkiyədə Ramazan ayı bu gün başlayıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov