"Əgər İndi hazırlaşmasaq və tədbir görməsək, cəmi bir neçə ay içində böyük qıtlıqla üzləşə bilərik".
Bizimaz.az xəbər verir ki, bu sözləri BMT-nin Ümumdünya Qida Proqramının (WFP) direktoru Devid Beasley bildirib.
O, xəbərdarlıq edib ki, dünyada təkcə koronavirus epidemiyası deyil, həm də qıtlıq təhlükəsi yaranıb. 36 ölkədə mövcud şərtlər onu göstərir ki, böyük qıtlıq ola bilər.
Qeyd edək ki, Devid Beasley video konfrans vasitəsilə müharibələrin və silahlı qarşıdurmalarnn səbəb olduğu aclığın vətəndaşlara təsiri haqqında BMT Təhlükəsizlik Şurasına hesabat verib.
Yəmən, Suriya və Cənubi Sudandakı müharibələri, Şərqi Afrikadakı çəyirtkə hücumu, təbii fəlakətləri və iqlim dəyişikliyinin fəsadlarını qeyd edən Ümumdünya Qida Proqramının direktoru ölkələrin qlobal humanitar fəlakətlə üz-üzə olduğunu vurğulayıb:
"Müharibə bölgələrində milyonlarla insan hər gün qıtlığa sürüklənir. 821 milyon insan hər gecə ac yatır və xroniki aclıqdan əziyyət çəkir. Təxminən 135 milyon insan aclıq riskinə məruz qalıb. Covid-19 səbəbilə bu rəqəmə daha 130 milyon əlavə oluna və ümumi say 265 milyona çata bilər. Qıtlıq təxminən 36 ölkədə baş verə bilər və 10 ölkədə bir milyon insan aclıq içindədir".
BAKU.WS