Çində COVID-19 xəstəliyinə tutulan insanların dəqiqləşdirilmiş ümumi sayı 82 798 nəfərdir, 4 632 xəstə isə həyatını itirib.
Bizimaz.az xəbər verir ki, son 24 saat ərzində Çində COVID-19 xəstəliyindən ölən olmayıb, xəstəxanada müalicə alanların sayı isə 10 nəfər artaraq 793-ə çatıb.
Çində xəstəliyin yayıldığı vaxtdan bəri yoluxanların 93,2 faizi (77 207 nəfər ), o cümlədən son sutka ərzində 56 nəfər sağalıb.
Qeyd edək ki, yoluxma hallarına görə dünyada ilk pillədə ABŞ qərarlaşıb. Bu ölkədə COVID-19 infeksiyasına yoluxanlarn sayı 849 min 92 nəfər təşkil edir.
Yoluxma hallarına görə dünyada ikinci sırada İspaniya qərarlaşıb. Bu ölkədə 208 min 389 nəfər koronavirusa yoluxub, ölənlərin sayı 21 min 717 nəfərdir.
Sağalanların sayına görə, ilk pillədə Almaniya qərarlaşıb. 150 min 648 yoluxan şəxsdən 103 min 300 nəfəri sağalıb.
BAKU.WS