Xəbər lenti

 

Dallas və Şimali Karolinada onlarla insan əllərində ABŞ bayrağı və plakatlarla küçələrə çıxaraq, işə qayıtmalarına icazə verilməsini tələb ediblər.

 

Bununla bağlı RT kadrlar yayımlayıb.

Məlumata görə, Dallasda karantin mayın 15-dək uzadılıb, kütləvi yığıncaqlar qadağan edilib, müəssisələrin fəaliyyətinə məhdudiyyət qoyulub.

Bundan başqa, Kaliforniya, Pensilvaniya və karantin müddətinin uzadıldığı digər ştatlarda da aksiyalar keçirilir. Bəzi insanlar işləmək hüququ olan həkimlərə hücum etməyə başlayıblar.

Son məlumatlara görə, Birləşmiş Ştatlarda 819 175 nəfər koronavirusa yoluxub. Onlardan 45 343 nəfəri ölüb, 82 973 nəfəri isə sağalıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov